Buna görə də əvəzləyici yem vasitələrindən istifadə edilir. Bəzi regionlarda təsərrüfatların böyüklüyündən asılı olaraq, otlaq sahələrindən biçənək kimi istifadə edilir. Belə ki, otu biçərək quru ot, yaxud da silos şəklində qışda heyvana verilməsi təmin edilir. Xüsusilə südlük təsərrüfatlarda yaşıl ot silosunun verilməsi üstünlük təşkil edir. Lakin quru otun yemə qarışdırılması yemin həzm olunmasına kömək edir və maddələr mübadiləsi tənzimlənir. Xüsusilə yazda yaylaqda ot təzə olarkən, öncədən heyvanlara quru ot verilir ki, heyvanlarda ishal halları baş verməsin. Yaşıl ot silosunu eyni enerjiyə malik quru otla əvəz etdikdə bu, inəklərin gündəlik yem qəbulunun artmasına səbəb olur, bu zaman inək gündə 1 kq-dan çox yem qəbul edir. Lakin yaşıl ot silosunda olduğu kimi, eyni enerji tərkibinə malik quru otu əldə etmək çox çətindir və bunun xərci də yüksəkdir, ona görə də yaşıl ot biçənək sahələrindən biçilərək silos kimi heyvanlara verilir.
Həmçinin yaşıl ot silosunun əldə edilməsi gələcəkdə də südlük istiqamətli təsərrüfatlarda mühüm əhəmiyyət kəsb edir. Yaşıl ot silosunu verməklə süd məhsuldarlığının nəzərəçarpacaq dərəcədə artmasına nail olunur. Təsərrüfatlar böyüdükcə çəmənliklərdən örüş kimi istifadə edilməsi mümkün olmur. Həmin sahələrdən biçənək kimi daha çox yem ehtiyatının əldə olunmasında istifadə edilir. Digər tərəfdən alçaqboylu otlaq sahələrindən biçilmiş otlardan, gələcəkdə yem kimi – qışda anadan olan buzovlara vermək üçün istifadə edilir. Bu, xüsusilə təsərrüfatlarda cavan heyvan saxlanılan bölmələr üçün əhəmiyyətlidir.
3.1 Yaşıl ot məhsullarına tələblər
Südlük istiqamətli təsərrüfatlarda heyvanların yemə olan tələbatının ödənilməsində, qarışıq yemin tətbiqində yaşıl ot məhsulunun rolu böyükdür. Heyvanın yüksək məhsul verməsində yem həcminin artırılması, yemin yüksək keyfiyyətli olması, heyvanın yemi yaxşı qəbul etməsinə şəraitin yaradılması olduqca vacibdir.