Yoncanın həmin sahədə münbitliyin qorunmasında və azot gübrəsinə olan tələbatın ödənilməsində əvəzedilməz rolu vardır.
3.1.1 Yemin keyfiyyətinin analizi
Yemləmənin planlaşdırılmasında yem komponentlərinin analiz edilməsi önəmlidir. Dünya ölkələrində yemin qiymətləndirilməsi yemləmə məsləhətçi mütəxəssisləri tərəfindən aparılır. Yemin keyfiyyətinin təyin edilməsi üçün onun laborator analiz edilməsi mühümdür. Bunun üçün ölkənin regionlarında laboratoriyalar var ki, orada yemin tərkibi və keyfiyyəti müəyyənləşdirilir. Nəticədə, yem rasionunu düzgün hesablayaraq heyvanların yemlənməsini düzgün təşkil etmək olar.