Çəmənliklərin südlük
inəklərin otarılması
üçün uyğunluğuna
diqqət edin. |
- İş paltarını geyinin.
- Əməyin təhlükəsizliyi qaydalarına diqqət edin.
- Heyvanların yem və su qablarının təmizliyini
yoxlayın.
- Təmiz deyilsə, onları işçilərin köməyilə təmizləyin.
- Yem və su qablarının çirkli olması, yaylaqdakı
heyvanların xarici görünüşündən də bəlli olur.
- Yem və su qabları çirkli olan yaylaqlarda heyvanlar
tez-tez xəstələnir və çox vaxt zəif olur.
- İnəklər bitkilərin yarpağı ilə qidalanırlar. Onların
otlaması üçün yaylaqda otun hündürlüyü kifayət
qədər böyük olmalıdır.
- Otun hündürlüyü kifayət qədər olmadıqda,
bu inəklərin otlaqdan lazımi qədər yem
götürməməsinə və nəticədə, əlavə yem sərfinə,
yaxud heyvanın arıqlamasına səbəb olur.
- Yaylağın təmizliyinə diqqət yetirin, gördüyünüz
çatışmayan cəhətləri məlumat kitabçasına
qeyd edin və günün sonunda təsərrüfatı
məlumatlandırın.
|