Nəzərə almaq lazımdır ki, qeyd olunan tədbirlərin həyata keçirilməsi nəticəsində su itkisinin və təkrar şorlaşmanın qarşısı alınmaqla torpaqların münbitliyinin yaxşılaşması və səmərəli istifadəsi üçün əlverişli şərait yaranacaqdır.
5.1 Torpağın yaxşılaşdırılması üçün tələblər
Davarların otarılmasında mövcud normalara və qaydalara ciddi əməl olunmalıdır. Qışlaqlara olan tələbat hesablanarkən torpaq qanunvericiliyinə uyğun şəkildə bitki örtüyündən, keyfiyyətindən, tutumundan, torpaqların mexaniki tərkibindən və humusun qalınlığından asılı olaraq, hər hektara 1-4 baş, yay otlaqlarında isə bundan 2 dəfə çox davar otarılması nəzərdə tutulur. Örüş sahələrini və biçənəkləri fiziki və hüquqi şəxslərin istifadəsinə vermək üçün tələbat hesablanarkən mal-qaranın sayından, torpaq ehtiyatlarının həcmindən, sahənin tutumundan, coğrafi yerləşməsindən, suvarma imkanından asılı olaraq, bu torpaqların dəmyə sahəsində hər hektara 2-3 baş davar və 1 baş iribuynuzlu mal-qara, suvarılan sahədə isə müvafiq olaraq iki dəfə artıq davar və iribuynuzlu mal-qara düşür.
Deqradasiyanın qarşısının alınması və münbitliyin artırılması məqsədilə əkinçiliyin biologiyalaşdırılması (üzvi əkinçilik sistemi, sideral bitkilərindən və küləşdən üzvi gübrə kimi istifadə olunması) çox vacibdir. Məsələn, elmi nəticəyə görə, xaşa bitkisinin yaşıl gübrə kimi istifadə olunması nəticəsində torpağın hər hektarına 8-12 ton üzvi maddə daxil olmuşdur ki, bu da hər hektara 40 ton peyin verilməsinə bərabərdir.
Deqradasiyanın qarşısının alınması və münbitliyin artırılması məqsədilə əkinçiliyin biologiyalaşdırılması (üzvi əkinçilik sistemi, sideral bitkilərindən və küləşdən üzvi gübrə kimi istifadə olunması) çox vacibdir. Məsələn, elmi nəticəyə görə, xaşa bitkisinin yaşıl gübrə kimi istifadə olunması nəticəsində torpağın hər hektarına 8-12 ton üzvi maddə daxil olmuşdur ki, bu da hər hektara 40 ton peyin verilməsinə bərabərdir.
Xırdalanaraq torpağa verilən küləşin təsiri nəticəsində 50-70 faiz humusun itirilməsinin qarşısı alınmaqla, torpağın aqrofiziki və bioloji xassələrinin yaxşılaşmasına səbəb olmuşdur. Təsdiq olmuşdur ki, 1 ton küləşin torpağa paylanması nəticəsində 150 kq humus əmələ gəlir. Yazlıqlar üzrə hektardan istehsal olunan hər ton taxıl məhsuluna 0,5-0,7 ton küləş məhsulunun əldə edildiyini, payızlıqlar üzrə isə bu rəqəmin 1 ton təşkil etdiyini nəzərə alaraq, bu tədbirin nə dərəcədə səmərəli olması barədə şərhə ehtiyac qalmır.
Torpaqlarin münbitliyinin mühafizəsi üçün becərmə tədbirləri imkan daxilində kompleks qaydada təşkil olunmalı, torpaqların strukturunun pozulmasına səbəb olan iriqabaritli və ağır texnikaların istifadəsi məhdudlaşdırılmalıdır. Suvarma qaydalarına ciddi əməl olunmalı, mütərəqqi suvarma üsullarına üstünlük verilməli, torpağın təkrar əkin üçün şumlanması biçindən dərhal sonra (torpaq bərkiməmiş) yerinə yetirilməlidir. Ötən ildə şumun gecikdirilməsi səbəbindən səpinin optimal müddətdə aparılmasında çətinliklər yaranmış və digər əlavə problemlərə səbəb olmuşdur.
Yeni iqtisadi şəraitdə resurslara – qənaətedici texnika və texnologiyalara üstünlük verilməli, intensiv texnologiyanın tətbiqi üçün böyük əhəmiyyət kəsb edən torpaqların işlənilməsinin minimallaşdırılması, “sıfır” becərmə, səthi azlaydırlı, laydırsız kombinə edilmiş üsulların tətbiqi, aqrolandşaftın ekoloji balanslaşmasını, təbii qanunauyğunluqları özündə cəmləyən ekoloji-landşaft əkinçilik sisteminin təşkili müasir dövrün tələbləri və davamlı inkişafın təmin olunması baxımından çox vacibdir.