- İstehsalı daha ucuz başa gəlir.
- Ət və südün əldə olunması üçün yem xərclərini
28%-70% aşağı salır.
- Silos həzm prosesini asanlaşdırır, qida dəyəri
yüksəkdir.
- Silos heyvanın yediyi bütün növ ot, yem
bitkilərindən və qida sənayesinin tullantı
məhsullarından əldə edilə bilər.
- Tarlada silos məhsulu əldə edilərkən tarlanın
təmizliyinə nəzarət etmək lazımdır.
- Silos yemi qaba yem funksiyasını yerinə yetirir.
- Ləzzətli olması, iştaha açdığı üçün heyvanların
balanslı bəslənməsini təmin edir.
- Digər yemlərə nisbətən aşağı həcmlidir.
- Silos ilə bəslənən heyvanlar sağlam olur, tükləri
daha parlaq olduğundan bazar dəyəri daha yüksək
hesab edilir.
- Yemləmə əsnasında meydana gələn yem itkilərini
azaldır.
- Tərkibindəki protein və karbohidratlar quru otlara
nisbətən daha çoxdur.
- İl boyunca yedirilən silos ən az 7-8 ay əvvəldən
toplandığı üçün istehsalçını inflyasiya təzyiqindən
qoruyur. Ümumiyyətlə, silos iqtisadi böhran
dövrlərində fermerin sığortasıdır.
Heyvandarlıqda istehsal xərclərini azaltmaq üçün
keyfiyyətli yemlər təsərrüfatlarda istehsal edilməlidir.
Heyvandarlığın inkişaf etdirilməsi üçün yem
bitkilərinin istehsalına inkişaf etmiş ölkələrdə olduğu
kimi, lazımi əhəmiyyəti verməliyik.
7.1 Çayır otu
5 illik zəngin tərkibli yem bitkisidir. Çəmən çayırı
quraq ərazilərdə mükəmməl bitki örtüyü yaratmaqla
şaxtaya, quraqlığa, və fiziki təsirlərə davamlı bitkidir.
İnək, camış, qoyun, keçi, at kimi heyvanlar həm
yaş formada, həm də qurudulmuş şəkildə iştaha ilə
yeyirlər. Çəmən çayırı quraq ərazidə xüsusilə atların bəslənməsi üçün çox əhəmiyyətlidir.