Çayır otunun
çəmənlikdə
həcmini və digər
bitkilərlə qarışığını
müşahidə edin. |
- İş paltarını geyinin.
- Əməyin təhlükəsizliyi qaydalarına diqqət edin.
- Çayır otu həm xırdabuynuzlu heyvanların, həm
də iribuynuzlu heyvanların bəslənməsində böyük
əhəmiyyət kəsb edir.
- Xüsusilə südlük inəkçilik təsərrüfatlarında yüksək
məhsuldar heyvanların çayır otu ilə otarılması süd
məhsulunda öz müsbət təsirini göstərir.
- Sahədə otun qarışığını gözəyarı qiymətləndirin.
Çayır otu ümumi bitki örtüyünün 70 %-ni təşkil
edirsə, bu, otlağın sağlam olmasının bir əlamətidir.
- Çayır otu azlıq təşkil edirsə, deməli, otlağın
vaxtaşırı təmizlənməsi düzgün aparılmır, yaxud
ümumiyyətlə, bu işlər görülmür.
|
Yonca sahəsinin
qiymətləndirilməsini
həyata keçirin. |
- İş paltarını geyinin.
- Əməyin təhlükəsizliyi qaydalarına diqqət edin.
- Yoncanın heyvandarlıqda, xüsusilə xam proteinə
olan tələbatın ödənilməsində əhəmiyyəti böyükdür.
- Yonca əvvəlcə yavaş böyüyür, bunun üçün kifayət
qədər münbit torpaq olmalıdır və yabanı bitkilər
azlıq təşkil etməlidir.
- Təsərrüfat sahibi yabanı bitkiləri vaxtında
təmizləməlidir.
- Əks halda yonca bitməyəcəkdir, yabanı bitkilər
çoxluq təşkil edəcəkdir, bu da toxum və yem
xərclərinin artması deməkdir.
- Yonca sahəsində yabanı bitkilərin çoxluğu
müşahidə edilirsə, deməli, sahəyə vaxtlı-vaxtında
qulluq göstərilməmişdir.
|