3.5. Suvarılma üsullarının düzgün formada tətbiq edir.

► Suvarılma üsullarının düzgün formada tətbiqi

Çiyələk bitkisi əllə açılmış arxlar vasitəsilə suvarılır. Bu üsulla suvarılma aparılarkən həm su itkisinə təsadüf edilir, həm də su arxlarından axan su kənara yayıldığına görə bitki suyu tam olaraq mənimsəyə bilmir. Eyni zamanda çiyələk bitkisinin ətrafında lazımsız alaq otları əmələ gəlir. Ona görə də bu suvarma forması qənaətbəxş sayılmır.

Ancaq damcı ilə suvarma bir suvarma üsulu kimi ildən-ilə daha geniş tətbiq olunmağa başlamışdır. Belə ki, bu üsul dünyada yayılmış son texnologiya olub, özünü çoxdan doğrultmuşdur. Bu, kənd təsərrüfatının inkişafı ilə bağlıdır. Müasir şəraitdə bağçılıq və tərəvəzçiliyin inkişafı suvarma olmadan mümkün deyil. Damcı ilə suvarma ekoloji cəhətdən, vəsait qoyuluşu, keyfiyyətli suvarma suyuna qənaət baxımından xüsusilə effektlidir. Bu üsulla həm suya, həm də işçi qüvvəsinə qənaət olunur. Torpağın humus qatı qorunur.

Damcı ilə suvarmada suvarma suyuna 2-5 dəfə, elektrik enerjisinə 1,5-2,5 dəfə, gübrələrin suvarma suyu ilə sərfəli şəkildə verilməsi baxımdan gübrəyə 20-50% qənaət olunur. Bu üsul ilə suvarmada məhsulun keyfiyyəti yaxşılaşmaqla bərabər, istehsalı da 25 - 50% artır.