1.3. Yağların keyfiyyət göstəricisi
Yağların keyfiyyət göstəricilərindən biri onun özlülüyüdür. Özlülük yağın vaxt vahidi ərzində yayılma sürətini göstərir. Buna qatılıq da deyilir (Şəkil 1.7). Yağın temperaturu ilə özlülüyü tərs mütənasibdir. Yəni temperatur artdıqca yağın özlülüyü azalır, yağ durulaşır.
1.3.1. Yağ özlülüyünün temperaturundan asılılıq
Yağların keyfiyyət göstəricilərindən olan özlülük (qatılıq) maye hissəcikləri arasındakı sürtünməni xarakterizə edir (Şəkil 1.7). Özlülük nə qədər çox olsa, yağ araboşluqlarından az basılıb çıxarılır və deməli, mayeli sürtünmə daha etibarlı olur. Buna görə də yağlama məqsədilə özlülüyü az olan, lakin mayeli sürtünməni yaxşı təmin edən yağlardan istifadə etməyə çalışın. Özlülük temperaturdan çox asılıdır, yağ qızarkən özlülüyü azalır və bu, mayeli sürtünmənin yaranmasını pisləşdirir, yağ soyuyarkən qatılaşır və bu, sürtünməyə enerji sərfini artırır və soyuq mühərrikin işə salınmasını çətinləşdirir (Şəkil 1.8).
1.3.2. Mühərrikin karterində yağın səviyyəsinin
yoxlanması
Mühərrikin karterində yağın səviyyəsini (Şəkil 1.9) yoxlayın. Bunun üçün yağölçən mil silinir, yenidən yerinə qoyulur və yağın səviyyəsi qeyd edilir. Yağın səviyyəsi mildə olan minimum qeydində olduqda yağ əlavə edilir. |