- Yedəkçi maşınlara qoşulmuş aqreqatlarda kardan birləşməsinin qoşulması və ayrılması
|
- İş paltarını geyinin.
- Traktoru arxa gedişlə aqreqatlaşacaq kənd təsərrüfatı texnikasına yaxınlaşdırın.
- Traktoru təcrübəli mexanizator idarə etməklə birləşdirməni yerinə yetirin.
- Traktora qoşulan hərəkət tələb edən hər hansı kənd təsərrüfatı texnikasının kardan
ötürməsini traktorun güc ayıran valına birləşdirin.
- Traktora qoşulan kənd təsərrüfatı texnikasının kardanına uyğun olaraq traktorun kardan
ötürücüsünü seçin və əməliyyatı davam etdirin.
- Kardan birləşmələrinin tam bir - birinə oturmasından əmin olun.
- Traktoru işə salıb arxa güc ayıran valı işə salın.
- Qoşulmuş kənd təsərrüfatı texnikasına fırlanma hərəkətinin normal verildiyinə, səssiz
işləməsinə əmin olun.
|