Nəzəri biliklərin qiymətləndirilməsi
Test 2
Sual 1. Metalları kəsməklə emal prosesində məqsəd nədir?
A) Hissələr tökmə üsulu ilə hazırlanır;
B) Hissələrin səthində olan artıq metal kəsilir;
C) Hissələr presləmə üsulu ilə hazırlanır;
D) Hissələr döymə üsulu ilə hazırlanır;
E) Hissələr yayma üsulu ilə hazırlanır.
Sual 2. Cilalama ilə hansı iş yerinə yetirilir?
A) Metal və qeyri-metal hissələrin təzyiqlə işlənməsi yerinə yetirilir;
B) Metal hissələr bir-biri ilə birləşdirilir;
C) Metal və qeyri-metallar mexaniki emal edilir;
D) Metalların əyilməsi işi aparılır;
E) Metal və qeyri-metalların istiliklə işlənməsi işi aparılır.
Sual 3. Dənələrin ölçülərindən asılı olaraq cilalayıcı material neçə qrupa bölünür?
A) 10;
B) 6;
C) 8;
D) 4;
E) 12
Sual 4. Dənələrin ölçüləri neçə mikro metrdən yuxarı olan abraziv alətlərdən kobud cilalamada istifadə olunur.
A) 80 μm;
B) 100 μm;
C) 120 μm;
D) 140 μm;
E) 160 μm
Sual 5. Dənələrin ölçüləri neçə mikro metr olan abraziv alətlərdən zərif cilalamada istifadə olunur?
A) 23 μm;
B) 33 μm;
C) 43 μm;
D) 53 μm;
E) 63 μm.