3.2.4. Qazların saxlanılması üçün istifadə olunan
balonlar
Qazlar polad balonlarda saxlanılır və daşınır (Şəkil 3.13). Oksigen, əsasən, tutumu 40 litr olan xüsusi balonlarda olur. Balonların hər birində 250 atmosfer təzyiqi olduqda 6 (m3) kub metr oksigen tutur. Balondan verilən oksigenin təzyiqini nizamlamaq üçün reduktora verilir. Reduktordan keçən oksigen xüsusi boru ilə qazqarışdırıcıya (qorelkaya) daxil olur. Asetilen qazqarışdırıcıya (qorelkaya) generatordan və ya balonlardan verilir. Asetilenin saxlanılması və daşınması üçün balonlarda asetonda həll edilmiş halda olur. Aseton balonun daxili həcmini dolduran məsaməli kütləyə hopdurulmuşdur. Bu, ona görə lazımdır ki, böyük həcmdə götürülən asetilen qazı 2 at və daha artıq təzyiq altında partlayış cəhətdən təhlükəlidir.
Həll edilmiş asetilen balonda 15-16 ati təzyiq altında saxlanılır. Balondan asetileni çıxarmaq üçün reduktorla təchiz edilmiş ventili açırlar, bu zaman balonda qazın təzyiqi aşağı düşür və asetilen həlledicidən ayırılıb çıxarılır. Oksigen balonları göy rəngə, asetilen balonları isə ağ rəngə boyanır.
3.2.5. Qazqarışdırıcılar (qorelkalar)
Qazqarışdırıcılardan (qorelkalar) oksigeni və yanar qazı qarışdırmaq, qaz alovu almaq məqsədi ilə onları dozalamaq üçün istifadə olunur.
İş prinsipinə görə qaz qazqarışdırıcılar (qorelkalar) injektorlu (sorucu) və injektorsuz olur. İnjektorlu qazqarışdırıcılar (qorelkalar) alçaqtəzyiqli olur. İnjektorsuzlar qazqarışdırıcılar (qorelkalar) yüksəktəzyiqli və ya ortatəzyiqli olur.
İnjektor tipli qazqarışdırıcılar (qorelkalar) bilavasitə alçaqtəzyiqli generatorlardan gələn asetilendən istifadə etmək üçün işlədilir.