3.2.14. Qaynaq zamanı qazqarışdırıcı (qorelka) qalyanının hərəkəti
3.2.15. Metalın əridilməsi üçün qaynaq alovunun səmərəliliyi
Qaynaq alovundan səmərəli istifadə olunması qəlyanın müxtəlif vəziyyətləri ilə müəyyən olunur. Qalyanın müxtəlif vəziyyətlərdə tutulması şəkil 3.27- də göstərilmişdir.
Qazqarışdırıcıdan (qorelkadan) çıxan alov qaynaq olunacaq metala yönəldilir (Şəkil 3.28). Qaynaq edilən sahədə alov 2-6 millimetr məsafədə tutulur. Çünki alovun özəyində (nüvəsində) temperatur daha yüksək olur. Doldurucu naqilin ucu alov sahəsinin içərisində olur. Bununla da tam əhatə olunmuş qaynaq vannası yaranır.