Təmir zamanı hissələrin ölçüləri aşağıdakı kimi fərqləndirilir:
Defektləşdirməyə daxil olan hissələrin texniki vəziyyəti qiymətləndirilir. Burada əsas məqsəd onun təmir oluna biləcəyini və ya çıxdaş ediləcəyini təyin etməkdir. Elə hissələr ola bilərki, yararlı olsun və təkrar istifadə edilsin. Bunun üçün onlar ölçülür, yoxlanılır və baxılır. Bundan sonra çıxdaş ediləcək hissələrin dəyişdirilməsi üzrə cədvəl tərtib edilir. Bu da təmir işlərinin aparılması üçün əsas sənəd olur.
Hissələr beş qrupa bölünür və müvafiq rənglərlə nişanlanır:
Universal ölçü alətlərinin (mikrometr, ştangenpərgar, içölçən) və cihazların (optimetr, minimetr, mikroskop və s.) köməyi ilə araboşluqlar, gərilmələr və s. təyin edilir. Kalibrlərlə və şablonlarla (ülgü) dişli çarxların dişlərinə, hissələrin ölçülərinə və s. nəzarət edilir.
1.2. Çarxqolu-sürgüqolu mexanizminə daxil olan hissələrin təmiri
Mühərrikin çarxqolu-sürgüqolu mexanizmi silindr-porşen və çarxqolu-sürgüqolu qrupundan ibarətdir və ona aşağıdakı hissələr daxildir: Silindr (giliz), porşen, porşen üzükləri (halqaları), porşen barmağı, sürgüqolu, dirsəkli val, sürgüqolu yastıqları və əsas yastıqlar, nazimçarx. Bu qrup detallarda yeyilmənin xarici əlamətləri bunlardır: işlənmiş qazların tüstü ilə çıxması, yağ sərfinin çoxalması, baş yağ magistralında yağın təzyiqinin düşməsi və taqqıltıların əmələ gəlməsi.
Taqqıltılar çarxqolu-sürgüqolu mexanizmi detallarının sürtünən səthlərinin təbii yeyilməsi və onlar arasındakı boşluğun böyüməsi nəticəsində baş verir. Silindr - porşen qrupu detalları arasındakı araboşluğunun böyüməsi silindrlərdə təzyiqin düşməsinə və yağ sərfinin çoxalmasına səbəb olur. Odur ki, bu mexanizmin hissələrinin təmiri sistemli olaraq aparılmalı və təmirin texnoloji ardıcıllığına maksimum əməl edilməlidir.