3.2.19. Horizontal (şaquli düz) tikiş
Sağ qaynaq üsulu ilə aparılır. Horizontal (şaquli düz) qaynaq tətbiq etdikdə hissələrin ucları aşağı axını təmin etməlidir (Şəkil 3.34). Yəni hissələrin kənarları qaynaq ərintisinin doldurulması üçün əlverişli olmalıdır. Bu zaman doldurucu naqil yuxarıda tutulur. Qazqarışdırıcının (qorelkanın) qəlyanı aşağıda tutulmaqla qaynaq vannası yaradılır. Tikişin oxu boyunca böyük olmayan bucaq yaradılır. Axma və metalın saxlaması ilə qaynaq vannası yaradılır.
3.2.20. Tavan tikişi
Tavan tikişli qaynaq sağ və sol qaynaq üsulu ilə aparılır (Şəkil 3.35). Bir neçə qat qaynaq etmək olar. Hər bir qatın qalınlığı az olur. Tikiş sağ qaynaq üsulu ilə formalaşır.
Şəkil 3.35. Tavan tikişli qaz qaynağının aparılması