4.1.5. Yeyələmə ilə metal hissələrin emalı
Metal hissələrin emalında yeyələmədən də istifadə olunur. Pəstahın səthindən yeyə aləti vasitəsilə metal qatının (payının) götürülməsinə yeyələmə deyilir. Çilingərlik işində yeyilmə ən geniş tətbiq olunan əməliyyatdır. Çapma və kəsmə işlərinə nisbətən yeyələmə daha çox dəqiqlik tələb edir. Hissənin yeyələmə ilə emalında onun səthi və forması çox dəqiq və təmiz surətdə işlənilib başa çatdırılmalıdır. Yeyələmə kobud və incə (təmiz) olmaqla iki yerə ayrılır.
Metal hissələrin məngənədə sıxılaraq yeyə vasitəsi ilə emal edilməsi aşağıdakı ardıcıllıqla aparılır. Əvvəlcə lazımi hazırlıq işləri görülür. Sonra isə emal ediləcək hissə məngənənin dodaqları arasında sıxılır.
Bu zaman emal edilən səth məngənədən 5-10 millimetr yuxarıda qalmalıdır. Yeyəni sağ ələ alıb məngənə qarşısında hərəkətsiz vəziyyətdə durmaq lazımdır. Bu zaman işi yerinə yetirən şəxsin ayaqları bir-biri ilə təxminən 600 bucaq təşkil etməlidir. Sağ əl ilə yeyəni hissənin üzərinə, sol əli isə yeyənin üzərinə qoyulur. Sonra o, səlis təzyiq altında irəliyə və təzyiqsiz geriyə hərəkət etdirilir (Şəkil 4.36).
Şəkil 4.36. Metalın yeyə ilə düzgün işləməsi