Diferensial manometr (Şəkil 4.47).
Bu növ manometrlərdən müxtəlif elementlərin ölçülməsi üçün istifadə olunur. Lazımi ölçmə diapozunu var. Əsasən, 0-0,5 milli bardan 0-100 bara qədər təzyiqi ölçə bilir. Statik təzyiqi isə 400 bara qədər olçə bilir. Maye və qaz axınlarının təzyiqinə nəzarət etmək üçün istifadə olunur. Əsasən, nasos stansiyalarında təzyiqə nəzarət etmək üçün quraşdırılır.
YADDAŞ
Bir millimetr civə sütunu 1,3 milli bara bərabərdir.
4.2.2. Cərəyan gərginliyinin ölçülməsi
Elektrik dövrəsinin gərginliyi voltmetrlə ölçülür. Voltmetr sıxaclarında gərginliyi ölçülən dövrəyə paralel qoşulur. Voltmetr işləmə prinsipinə görə aşağıdakı kimi təsnif olunur:
Elektromexaniki iş prinsipinə malik voltmetrlər aşağıdakı kimi təsnif olunur:
Göstəricilərə görə: