4.2.4. Buxar, qaz və maye sərfinin ölçülməsi
Hal-hazırda istifadə olunan sərfiyyat olçənlər ətraf mühitdən yaxşı mühafizə olunmaqla işin optimal yerinə yetirilməsini təmin edir. Yüksək keyfiyyətə malik olmaqla təhlükəsiz istismar olunma xüsusiyyətinə malikdir. Bu növ sərfiyyat ölçənlərlə su, qaz, buxar, neft, kimyəvi qarışıqların və başqa növ mayelərin sərfiyyatını ölçmək mümkündür. Aşağıdakı növ sərfiyyat ölçənlərdən istifadə olunur:
Traktor və avtomobillərdə yanacaq sərfinin ölçülməsi üçün indikator tipli DFM İ markalı sərfiyyat ölçəndən istifadə olunur (Şəkil 4.55).
DFM İ tipli sərfiyyat ölçən yanacaq sərf olunan zaman onu göstərir. Bu marka sərfiyyat ölçən aşağıdakı göstəricilərə malikdir:
Bu tip sərfiyyat ölçənin qeydə ala biləcəyi yanacaq sərfi 0,5-1000 litr/saatdır. -20-+60 dərəcə selsiyədək temperaturda işləyə bilər. Qabarit ölçüləri 75 x 60 x 30. Kütləsi ən çoxu 0,3 kiloqramdır.