Nəzəri biliklərin qiymətləndirilməsi
Test 4
Sual 1. Nişanlama işləri nə üçün aparılır?
A) Hissənin üzərində ölçünü çertyojdakı kimi işarələmək;
B) Hissəni keyfiyyətli emal etmək üçün;
C) Hissənin ölçülərini böyütmək üçün;
D) Düzgün emal alətləri seçmək üçün;
E) Hissənin ölçülərini kiçiltmək üçün.
Sual 2. Metal qələmin bir ucu nə üçün əyri hazırlanır?
A) Ağırlığını artırmaq üçün;
B) Uzunluğunu kiçiltmək üçün;
C) Nişanlamanın yaxşı aparılması üçün;
D) Əlin zədələnməməsi üçün;
E) Yaxşı cızılmanı təmin etmək üçün.
Sual 3. İskənənin itilik bucağı nəyə əsasən seçilir?
A) İşlədilmə yerinə görə;
B) Hissənin materialına görə;
C) İstifadə edən çilingərin əlinin ölçüsünə görə;
D) Hissənin qalınlığına görə;
E) Endiriləcək zərbə qüvvəsinə görə.
Sual 4. Orta bərklikdə olan metalların çapılmasında iskənənin itilik bucağı neçə dərəcə götürülür?
A) 70 dərəcə;
B) 60 dərəcə;
C) 10 dərəcə;
D) 30 dərəcə;
E) 20 dərəcə
Sual 5. Metalların çapılması zamanı iskənənin başlığından neçə millimetr aşağıdan tutulmalıdır?
A) 15-30 millimetr;
B) 35-45 millimetr;
C) 5-10 millimetr;
D) 50-65 millimetr;
E) 2-5 millimetr