Eyni deşiklər təkrar oluna bilər. Bu ölçüləri yazı ilə göstərmək lazımdır: məsələn, 11 deş. ∅7 (Şəkil 5.12)
Şəkil 5.12. Təkrar olunan ölçülərin göstərilməsi
5.1.5. Ölçülərin qruplara ayrılması
Bütün ölçülər iki qrupa bölünür:
Əsas (mövcud) və sərbəst.
Əsas ölçülər, əsasən, yığımda olan ölçülərə qoyulan aşağıdakı tələbləri ödəməlidir:
Sərbəst ölçülər: bu ölçülər elə hissələrə qoyulur ki, bu hissələrə başqa hissələr birləşdirilmir. Buna görə də onun hazırlanmasında o qədər də dəqiqlik tələb olunmur (Şəkil 5.13).