Şəkil 5.13. Sərbəst ölçülər.
A-dairəvi səth; B- ayrılıqda göstərimiş dairəvi səth; V- sərbəst səth; d- nominal diametr
5.1.6. Ölçülərin qoyulma üsulları
Çertyojda ölçülərin qoyulması olduqca vacib məsələdir. Belə ki, artıq ölçülərin qoyulması hissələrin çıxdaş olunmasına səbəb olur. Düzgün olmayan və çatışmayan ölçülərin qoyulması isə istehsalın dayanmasına gətirib çıxarır. Çertyojların işlənməsində və ölçülərin qoyulmasında göstərilən tələblərə əməl olunmalıdır.
Ölçülər ölçü aləti vasitəsi ilə miqyas nəzərə alınmaqla (0,5 millimetr dəqiqliklə) yığım çertyojundan götürülür. Deşiklərin diametrlərinin ölçüləri götürülərkən ən böyük ölçü yaxın standart ölçüyə uyğun olaraq yuvarlaqlaşdırılır. Məsələn, metrik yivin ölçüsü d = 5,5 millimetr olarsa, o, M6 (DUİST 8878-75-ə görə) qəbul edilir.
Aşağıdakı ölçü üsulları tətbiq edilir:
Zəncir üsulunda ölçülər ardıcıl olaraq bir-birinin ardınca qoyulur (Şəkil 5.14, Şəkil 5.15). Hər ölçü sərbəst emal olunur və texnoloji bazanın öz vəziyyəti mövcuddur. Hissənin hər bir elementinin öz ölçüsünə uyğun emalı gedir. Hər elementin ölçüsünün xətası dəqiq müəyyən edilir. Ölçülərin ümumi şəkildə göstərilməsinə yol verilmir.
Şəkil 5.14. Zəncir üsulu ilə ölçülərin qoyulması