5.1.7. Fırlanma hərəkətində olan hissələrin çertyojlarının tərtibi
Maşın və mexanizmlərin əksər hissələri fırlanma hərəkətində olan hissələrdən ibarətdir. Dişli çarxlar, boltlar, oynaqlar, yastıqlar və digər hissələr, əsasən, maşın və mexanizmlərin əsas hissələridir. Onların mərkəzi oxları horizontal yerləşdiyi üçün bütün ölçülər həmin oxlara paralel olaraq göstərilir (Şəkil 5.18). Burada bütün ölçülər kombinə edilmiş üsulla qoyulur (Şəkil 5.19, Şəkil 5.20).
Şəkil 5.19. Fırlanma hərəkətində olan hissələrin təsvirində düzgün ölçülərin göstərilməsi
Şəkil 5.20. Fırlanma hərəkətində olan hissələrin təsvirində düzgün ölçülərin göstərilməsi