5.1.10. Ayrılmayan birləşmə tikişlərinin təsviri və işarə edilməsi (DÜİST 2.313-68)
Kəsim və görünüşlərdə lehim və ya yapışqanı 2S qalınlığında (S-çertyojun kənar xəttinin qalınlığıdır) təsvir edirlər. Lehimləməni və ya yapışdırmanı işarə etmək üçün istifadə olunan şərti işarəni əsas bütöv xətdən çıxarılan xəttin maili hissəsində göstərilir.
Lazım gəldikdə lehimləmə birləşdirməsinin təsvirində tikişin ölçüsünü və səthin kələkötürlüyü göstərilir. Lehimin və yapışqanın markası çertyojun spesifikasiyasındakı “Material” bölməsində verilir. Müxtəlif markalı lehim və ya yapışqanlardan istifadə edilməklə tikişlər yaradılır. Bu zaman tikişin nömrəsi çıxarma xəttinin maili hissəsində göstərilir. Spesifikasiyanın “Qeyd” qrafasında isə tikişin müvafiq nömrəsinə istinad edilir. Tikişli birləşmələr intervalda maili ştrixli xətlə göstərilir.
Pərçim birləşməsinin tikişində bütün konstruksiya elementləri və müvafiq ölçülər göstərilir (Şəkil 5.26). Pərçim birləşməsində müxtəlif başlıqlı millərdən istifadə olunur (Şəkil 5.27).
Müxtəlif birləşmələr çertyojda müxtəlif hərflərlə işarə olunur. Qaynaq birləşmələrinin çertyojlarında qaynağı işarə etmək üçün (DÜİST 2.312-68) aşağıdakı hərflərdən istifadə olunur: E (Э) - elektrik qövs qaynağı; Q (Г) - qaz qaynağı; KT - kontakt qaynağı; Z (З) - mühafizəedici qaz mühitində qaynaq; Ş (Ш) - elektrik posa qaynağı; UЗ (Уз) - ultrasəs qaynağı; ТR (Тр) - sürmə ilə qaynaq; X - soyuq qaynaq, PЗ (Пз) - plazma qövs qaynağı; УL (Эл) - elektron şüa qaynağı; DF (Дф) - diffuziya qaynağı; LЗ (Лз) - lazer qaynağı; VЗ (Bз) - partlayışla qaynaq; İ (И) - induksiya qaynağı; QP (Гп) - qaz-pres qaynağı; Тм - termit qaynağı; R (P) - əl qaynağı; P(П) - yarımavtomatik qaynaq; A - avtomatik qaynaq. Hər hansı bir hissədə qaynaq birləşməsi ancaq eyni bir qaynaq üsulu ilə aparıla bilər. Bütün bunlar texniki şərtdə qeyd olunur. Elektrik-qövs qaynağı ilə aparılmış qaynaq tikişləri haqqında texniki şərtlərdə qeyd olunmur.
Altlığı olan qaynaq birləşməsi tikişini təsvir edərkən en kəsiyində qalan altlığı ştrixləyirlər. Altlıq tərəfindən tikişi görünməyən tikiş kimi işarə edirlər.