Şəkil 5.31. Hissənin hazırlanması üçün işçi çertyoj
5.2. Təmir müəssisələrində keyfiyyətin idarə olunması, nəzarətin növləri və tətbiqi üsulları
Təmir müəssisələrində buraxılan məhsul keyfiyyətli olmalıdır. Buraxılan məhsulun lazımi keyfiyyətdə olması təmin olunmaqla onun saxlanması gərəklidir. Buna görə də məhsulun keyfiyyətinə təsir edən amillər kompleks (ümumi) şəkildə idarə olunmalı olur. Keyfiyyətin kompleks (ümumi) şəkildə idarə olunması onun lazımi səviyyədə saxlanması üçün həyata keçirilən tədbirlərin cəmindən ibarətdir.
Təmirin keyfiyyəti ümumi işin və ayrı-ayrı əməliyyatların təşkilindən asılıdır. Bunun üçün müasir texnologiya və texniki vasitələrdən istifadə təmin olunmalıdır. Bununla da idarəetmənin təşkilində müəyyən təkmilləşdirmənin aparılması həyata keçirilməlidir.
Təmir zamanı keyfiyyətin kompleks (ümumi) şəkildə idarə olunması üçün müəyyən tədbirlər həyata keçirilir. Bunlar aşağıdakılardan ibarətdir: