Təmir müəssisəsində yerinə yetirilən işlər yüksək keyfiyyətlə aparılmalıdır. Ona görə də buna cavabdeh olan çilingər, ustalar, mühəndis-texnik və rəhbər işçilər məsuliyyət daşıyır.
5.2.3. Texniki nəzarətin formaları
Maşınların təmirində texniki nəzarət aşağıdakı formalarda həyata keçirilir.
➢ Təmir olunan hissənin istifadə dərəcəsindən asılı olaraq iki növ nəzarət tətbiq olunur:
Ümumi nəzarət heç bir istisna olmadan hissə və qovşaqların yoxlanmasında tətbiq olunur. Əsasən, qovşaq şəklində yığılan və əsas hissələrin təmirinə ümumi nəzarət həyata keçirilir. Bu qovşaq və hissələrə bunlar daxildir: hissələrə dirsəkli val, yastıq sürgüqolu; qovşaqlara qida sisteminə daxil olan hissələr, elektrik avadanlığını və hidrosistemə daxil olan hissələr. Bu hissələrin təmiri və yığılması xüsusi təmir müəssisələrində aparılır.
Seçmə nəzarət təmir olunmuş bütün hissələrin yoxlanmasında tətbiq olunmur. Bu nəzarətlə az bir hissələrin yoxlanması aparılır. Böyük partiyalarla (çoxlu) hissələrin hazırlanması bərpası və təmiri həyata keçirilir. Bu zaman seçmə nəzarət üsulu ilə yoxlama tətbiq olunur:
➢ Təmir zamanı əməliyyatın növünə görə aparılan nəzarət aşağıdakı növlərə ayrılır:
Giriş nəzarəti, əsasən, təmirə gələn hissələrdə aparılır. Bu nəzarət kompleks nümunələrin və müəssisəyə son anda təmir üçün gətirilən hissələrin yoxlanmasında tətbiq edilir. Bu nəzarət, əsasən, seçmə nəzarət üsulu ilə aparılır.