1.2.4. Dirsəkli valların təmiri
Dirsəkli vallar böyük yük altında işləyir. Ona görə də yüksək keyfiyyətli poladdan hazırlanır. Dirsəkli vallarda aşağıdakı nasazlıqlar ola bilər:
Təmirdən əvvəl valların əyriliyi yoxlanılır. Valların əyriliyini yoxlamaq üçün indikatorlu reysmusdan istifadə olunur. Bunun üçün dirsəkli val hər iki tərəfdən ana boyunlarından dayaqlara qoyulur. İndikatorlu reysmus orta ana boynuna sıxılır (Şəkil 1.7). Dirsəkli val fırladılaraq əyrilik yoxlanılır. Valın əyriliyi 0,1-0,15 millimetr olduqda soyuq halda pres altında düzəldilir. Düzəldildikdən sonra valın əyriliyi 0,05 millimetr - dən çox olmamalıdır.
Şəkil 1.7. Dirsəkli valın əyriliyinin yoxlanması.
Valda olan çatlar elektik maqnitoskop cihazında xüsusi metal zərrəciklər tozu ilə təyin edilir. Əməliyyat zamanı maqnit sahəsi yarandıqda metal tozu çatlar boyunca yığılaraq gözlə görünür. Təmir etmək üçün çatlar xüsusi şəraitdə doldurulur. Doldurma üçün maye metal püskürmə cihazından istifadə olunur.
Yağ kanalları tutulduqda təmizlənməsi xüsusi yerlərdə aparılır. Bunun üçün OM-3600 markalı qurğudan istifadə olunur. Bu qurğu ilə yağ kanallarına 6 meqa Paskal təzyiq altında yanacaq vurulur. Yanacaq kimi neftdən və dizel yanacağından istifadə olunur. Bu proses 10-12 dəqiqə davam etdirilir.
Dirsəkli valların boyunları yeyildikdə mikrometr vasitəsilə ölçülür (Şəkil 1.8).