Traktor və avtomobil mühərriklərinin işlədilib-açılması və sınağı zamanı bir sıra stendlərdən istifadə olunur. Bunlara Kİ-698B (KH-698B), Kİ-2118A (KH-2118A), Kİ-136B (KH- 1263B) və Kİ-2139 (KH-2139) stendləri daxildir.
Soyuq halda traktor və avtomobil mühərriklərinin işlədilib-açılma müddəti müəyyən olunmuş vaxt müddətində aparılmalıdır. Bu vaxt uyğun olaraq 50-70 dəqiqə və 20-30 dəqiqə olmalıdır. Bu iş dirsəkli valın fırlanma tezliyini 500-600 dəqiqə-1-dən başlayaraq tədricən 1000 dəqiqə-1-ə çatana qədər 2-3 rejimdə aparılır. İşin əvvəlində kompressiya (sıxma) olunur. Sonra isə kompressiya (sıxma) aparılır.
İşlədilib-açılma soyuq halda aparılan zaman hissələrin qızması yoxlanılır. Yoxlanma əl ilə və qeyri-normal səslərin olmasına qulaq asmaqla aparılır.
Yüksək rejimdə traktor və avtomobil mühərriklərinin işlədilib-açılması 20-30 dəqiqə müddətində aparılır. Yük altında isə 60-80 dəqiqə müddətində həyatda keçirilir.
Nominal gücə müvafiq olaraq traktor mühərrikləri dörd pillədə yüklənilir:
Hər bir pillədə yüklənmə müddəti 20-25 dəqiqə olmalıdır. İşlədilib-açılma başa çatdıqdan sonra mühərrikin yağ sentrifuqası çıxarılır və yuyulur.
Sərbəst iş üçün tapşırıqlar