Qurğu yalnız soyutma sistemi ilə soyudulmalıdır. Bu məqsədlə islanmış parçadan istifadə etmək olmaz. İtiləyici dəzgahlarda istifadə edilən dairəvi formalı cilalayıcı alətlərin istismarına (istifadəsinə) daha çox diqqət yetirilməlidir (Şəkil 6.5).
Dairəvi formalı cilalayıcı alət tarazlaşdırılmalıdır. Onunla altlıq arasındakı ara boşluğun 3 millimetrdən artıq olması çox vacibdir. Dəzgahda qoruyucu şəffaf aynacıq olmadıqda mütləq qoruyucu gözlüklə işləmək lazımdır (Şəkil 6.5).
Şəkil 6.5. Cilalama alətlərinin dəqiq və təhlükəsiz istifadə olunması
6.2.1. Maşın və avadanlığın təhlükəli hissələrini işarə etmək üçün rəngli boyalardan istifadə edilməsi
Aşağıdakı hissələr qırmızı rənglənir:
Göründüyü kimi bölmələrdə olan bütün şəkillərdə təhlükə yarana biləcək hissələr qırmızı rənglənmişdir.