6.5.4. Kalsium-karbidlə işlədikdə yerinə yetiriləcək təhlükəsizlik tədbirləri
Rütubətli hava ilə təmasda olduqda-kalsium karbid alışır və ya partlayış törədir (Şəkil 6.37).
Barabanlarda kalsium-karbid daşınan zaman onu zərbədən və ləngər vurmadan qorumaq lazımdır. Yağışdan, qardan qorunmaq üçün onun üstü brezentlə və ya başqa kip materiallarla örtülməlidir. Barabanı 5 metrdən artıq məsafəyə daşıdıqda arabacıqdan istifadə edilməlidir.
Barabanları ehtiyatla boşaltmaq lazımdır. Bu zaman zərbəyə yol verilməməlidir. Kalsium-karbidi yaxşı ventilyasiyası olan arabalarda ağzı bağlı vəziyyətdə saxlamaq lazımdır. Qaynaqçının iş yerində kalsium-karbid metal bidonda ancaq ona bir günə lazım olan miqdarda saxlanmalıdır.
İçərisində kalsium-karbid olan baraban anbardan kənarda açılmalıdır. Bunu xüsusi yerlərdə ancaq latun alətlə və ya xüsusi bıçaqla açmaq lazımdır. Kəsilən yerə qalın solidol qatı sürtülməlidir. Barabanın qapağını polad zubil ilə kəsmək olmaz. Çünki bu zaman qığılcım əmələ gəlir.
Qadağan edilir:
6.5.5. Asetilen generatorlarının təhlükəsiz istismar edilməsi
Asetilen generatoruna istismar qaydalarında və pasportunda göstərildiyi qədər kalsium-karbid doldurulur. Yeşiyin arakəsmələri onun tutumunun yarısı qədər müntəzəm doldurulur. Stasionar asetilen generatorları ayrıca xüsusi divarları odadavamlı binada qoyulur. Asetilen generatorunun müxtəlif yerlərə qoyulması təhlükə yarada bilər (Şəkil 6.38).