Döşəmə metaldan olmalıdır. Ventilyasiya təbii olmalıdır. Asetilen generatorları qızdırıcı cihazdan azı bir metr aralı düz vəziyyətdə qoyulmalıdır. Gəzdirilən asetilen generatoru qaz qaynağı və ya metal kəsilən yerdən müəyyən məsafədə qoyulmalıdır. Bununla yanaşı, hər hansı bir başqa alov və ya qığılcım mənbəyindən azı 10 metr aralı olmalıdır (Şəkil 6.39).
Gəzdirilən generatorun yenidən karbidlə doldurulmasından qabaq onun içərisində olan karbid külü boşaldılmalıdır. Bu, xüsusi qaba və yaxud kənarı çəpərlənmiş və üzərində “yanğın təhlükəlidir” sözləri yazılmış lövhə olan kül quyusuna boşaldılmalıdır.
Gəzdirilən asetilen generatorunu hətta az vaxtda belə nəzarətsiz qoymaq qadağandır.
6.5.6. Asetilen generatorunun partlamasının qarşısının alınması
Asetilen generatorunun partlama səbəbləri:
Asetilen generatoru doldurulan zaman əmələ gələn partlayış təhlükəli asetilen-hava qatışığı xüsusi üfürücü kran vasitəsi ilə atmosferə çıxarılır.
Asetilen qızmasın deyə iri qranullu kalsiumkarbiddən istifadə edilir. Asetilen generatorunun qızdırıcısının ucluğu qıza bilər. Bu zaman su cəftəsi (zatvor) alovun geriyə zərbəsindən alınan partlamanın qarşısını almaq üçün ən yaxşı texniki vasitədir.
6.5.7. Qoruyucu cəftəyə xidmət
İş görməzdən qabaq qoruyucu cəftədə suyun və ya aşağı temperaturda donan qarışığın səviyyəsini yoxlamaq lazımdır. İş vaxtı suyun səviyyəsinin aşağı düşməsinə və yuxarı qalxmasına yol verilmir. Ayda bir dəfə cəftə təmizlənməli və yuyulmalıdır.