6.5.8. Oksigen və asetilen balonları ilə işləyən zaman əsas təhlükəsizlik tədbirləri
Oksigen və asetilen balonları xüsusi otaqlarda və ya təhlükəsiz yerdə saxlanılır. Asetilen balonlarının zirzəmi və talvar altında saxlanması təhlükəlidir (Şəkil 6.40).
Oksigen balonları ilə asetilen balonlarının bir yerdə saxlanması qadağandır. Bununla yanaşı, asetilen balonlarını tezalışan və isti maddələrlə bir yerdə saxlamaq olmaz (Şəkil 6.41).
İstismar zamanı balonlar sıxıcı və ya zəncirlə şaquli vəziyyətdə bağlanmış halda bərkidilməlidir. Açıq alovdan azı 5 metr, elektrik xətləri və qızdırıcı radiatorlardan azı 1 metr aralı olmalıdır (Şəkil 6.42).
İşə başlamazdan qabaq balonun sınaq müddətinin keçib-keçməməsi yoxlanılmalıdır. Onun yağla çirklənməsi və ventilin ştuser yivinin sazlığı yoxlanmalıdır.
Reduktor birləşdirilməzdən qabaq bağlayıcı kran 1-2 saniyədə 1/4 dövr açılaraq təmizlənir.
Balonları bir yerdən başqa yerə çiyində və ya əldə istənilən vəziyyətdə daşımaq olmaz.
Bundan ötrü xüsusi xərəkdən və ya arabacıqdan istifadə edilir.
Avtomobillə balonlar yarım dövrə şəklində yuvaları olan xüsusi taxta altlıqlarda daşınır. İçərisi dolu və ya boş balonlar ancaq başlarında qoruyucu klapan olduqda daşına bilər.
Balonlar daşınan zaman onların hamısının ventilləri bir səmtdə olmalıdır. Onlar günəş şüasından və yağla çirklənmədən qorunmalıdır.
Qadağan edilir: