Şəkil 6.43. Balonların təhlükəsiz daşınması
6.5.9. Birləşdirici rezin boruların düzgün istismar edilməsi
Yanan qaz borusu yerindən çıxdıqda, cırıldıqda və ya alışdıqda başlığın alovu söndürülür. Sonra balonlardan qazın gəlməsi dayandırılır. Ayrı-ayrı boru qırıqlarını hamar borularla birləşdirmək olmaz. Borunun partlamış yerini izolyasiya lenti ilə bağlamaq olmaz.
6.5.10. Başlığın alovu geri vurmasının qarşısının alınması
Əvvəlcə oksigen kranını açıb asetilenin başlığa sorulması təmin edilir. Bu zaman alışıb yandırılan alovun zərbəsi geriyə vurulmur. Qəlyanın gözü tutulduqda və ya o, qızdıqda başlığın ucu vaxtında su ilə soyudulmalıdır. Bununla alovun geriyə zərbəsinin qarşısını almaq olar. Bundan ötrü əvvəlcə asetilen, sonra oksigen kranı bağlanmalıdır.
Oksigen balonunu reduktorsuz işlətmək qadağandır.
Bir arabacıqda asetilen generatoru ilə yanaşı, oksigen balonu yerləşdirmək olmaz.
6.6. Dəmirçi işləri
Dəmirçi sexində ümumi, təbii və yerli ventilyasiya quraşdırılır. Qışda dəmirçi sexində temperatur müsbət 12 dərəcə selsidən müsbət 15 dərəcə selsi hüdudunda saxlanılmalıdır. Emal materialları üçün xüsusi rəflər, alətlər üçün arakəsmə və yeşikləri olan şkaf olmalıdır. Aləti soyutmaq üçün su ilə dolu çən olmalıdır. Bununla yanaşı, yanğın təhlükəsinə qarşı qum ehtiyatı da olmalıdır.
Qum üçün nəzərdə tutulan həcm m3 -lə aşağıdakı kimi ola bilər:
0.5 m3
1.0 m3
3.0 m3
Kürüyücü alətlə kompleksləşdirilir