Su üçün nəzərdə tutulmuş çənin həcmi 0.2 m3 -dən az olmamalıdır.
Su qabları dəsti ilə kompleksləşdirilir (Şəkil 6.44).
6.6.1. Zindanda əl alətləri ilə işlədikdə təhlükəsizlik tədbirləri
Dəmirçi və onun köməkçisi xüsusi geyimdə fərdi mühafizə vasitələrində işləməlidirlər.
İşə başlamazdan qabaq alətlərin sazlığı yoxlanmalıdır. Çəkic və kuvaltlar dəstəyə möhkəm oturmalı və bərkidilməlidir. Dəstəklər hamar olmalı, çat yerləri olmamalıdır.
Çəkic və kuvaldların zərbə səthləri azacıq qabarıq olmalıdır. Yerinə yetirilən işlərin növündən asılı olaraq müəyyən zərbələrdən istifadə olunmalıdır (Şəkil 6.45). Zubil və borodokların zərbə qəbul edən səthlərinin çıxıntıları olmalı, onlar özləri isə taxta dəstəyə keçirilməlidir.
İş vaxtı aləti həddən artıq qızdırmaq olmaz. Onu vaxtında ehtiyatlı olaraq soyutmaq lazımdır. Kuvaldla işləyən zaman iş yerlərinin yaxınlığında adam olmamasına diqqət yetirmək lazımdır. Məngənədə sıxılmış hissəni zubillə kəsmə işini yerinə yetirən zaman zubil düzgün tutulmalı və zərbə məsafəsi düzgün seçilməlidir.
Məngənədə sıxılan hissə ilə zubil arasında maillik bucağı 30-35o-dən az olmamalıdır. Bu bucaq zubili uyğunlaşdırmaqla əli zədələnmələrdən qoruyur (Şəkil 6.46).
6.7. Rəngləmə işləri
Bu şöbədə aşağıdakı əsas avadanlıqlar olmalıdır:
Bundan başqa, zərərli maddələr əmələ gələn obyektlərin yaxınlığında əlavə yerli ventilyasiya quraşdırılması vacibdir. Təbii ventilyasiya da vacibdir. Rəngləmə şöbəsində temperatur yayda 28 dərəcə selsidən çox, qışda isə 18 dərəcə selsidən az olmamalıdır.
Bu şöbədə yanğına qarşı aşağıdakı avadanlıqlar olmalıdır: