6.9. Elektrik təhlükəsizliyi
6.9.1. Elektrik cərəyanının insan orqanizminə təsiri
Elektrik cərəyanı ilə zədələnmənin 4 xüsusiyyəti mövcuddur:
Birinci - insan elektrik cərəyanı ilə zədələnmə təhlükəsinin mümkünlüyünü görmür, eşitmir, iyləyə bilmir, yaxud vaxtında aşkar edə bilmir;
İkinci - elektrikdən travma almanın ağırlığı. Elektrikdən travmalar zamanı adam elektrik cərəyanının təsirindən özü xilas ola bilmir;
Üçüncü - 10 - 25 meqa Anper qiymətində cərəyan əzələlərin intensiv qıcolmasına səbəb ola bilər. Bunun da nəticəsində cərəyan daşıyan hissələrə “yapışma” hadisəsi baş verir. Bu zaman adam elektrik cərəyanının təsirindən özü xilas ola bilmir;
Dördüncü - elektrik cərəyanı ilə zədələnmədə mexaniki travma almaq mümkündür. Canlı orqanizmdən keçən elektrik cərəyanı ona termiki, elektrolitik və bioloji təsir göstərir.
Termiki təsir özünü bədəndə yanıqların əmələ gəlməsi ilə biruzə verir.
Elektrolitik təsir özünü üzvi mayenin, o cümlədən, qanın parçalanmasında göstərir. Bu da onun tərkibinin, habelə bütövlüklə toxumanın xeyli dərəcədə pozulmasına səbəb olur.
Bioloji təsir özünü başlıca olaraq əzələlərin qeyri - iradi yığılması ilə biruzə verir.
6.9.2. Elektrik cərəyanı ilə zədələnmənin əsas növləri
Elektrik travması toxuma və orqanların elektrik cərəyanı ilə yerli zədələnməsidir:
Elektrik zərbəsi orqanizm toxumalarının onlardan keçən elektrik cərəyanı ilə təsirlənməsidir. Bu hissə əzələlərin qeyri-iradi qıcolma-yığılmaları ilə müşayiət olunur.
Elektrik zərbəsi həyat üçün zəruri orqanların-ağciyər və ürəyin fəaliyyətinin pozulmasına, hətta tamamilə dayanmasına səbəb ola bilər. Deməli, orqanizmin həm də ölməsinə gətirib çıxarır. Bu halda adam elektrik travması almaya da bilər.
Elektrik cərəyanından baş verən ölümün səbəbləri:
Ürək cərəyanın ürək əzələsinə birbaşa təsirindən, yaxud da ürək cərəyan yolunda olmadıqda reflektor təsirindən dayana bilər. Ürəyin fibrilyasiya (ürəyin əzələ dişlərinin nizamsız yığılması və boşalması) 50 hers tezlikli 100 meqa Amper cərəyanın təsirindən yarana bilər.