6.14.1. İstehsalat səs-küyü
Yüksək səs-küy insanın eşitmə orqanlarına, əsəb sisteminə təsir göstərir. İnsan orqanizmində fizioloji və psixoloji pozğunluqlar əmələ gətirir. Diqqət və işçilərin səs siqnallarına reaksiyası azalır. Nəticədə iş qabiliyyəti aşağı düşür və zədələnmə ehtimalı artır. Səs-elastik mühiti-bərk, maye və ya qaz şəkilli maddələrin titrəyişidir. Buna görə də o titrəyiş tezliyi-hers- saniyədə bir titrəyişlə xarakterizə olunur. İnsan tərəfindən tezliyi 16000-20000 hersə qədər olan səslər qəbul olunur.
Səs-küyün intensivlik səviyyəsinin və ya səsin gücünü xarakterizə etmək üçün xüsusi vahid- (desibel, DB) qəbul edilmişdir. Bu da səs gücünün mütləq qiymətini yox, onun nisbi dəyişilməsini qiymətləndirir. Səsin, səs-küyün tezliyi nə qədər çox olarsa, o qədər o, insan orqanizminə çox mənfi təsir göstərir.
Səs-küyün sanitar normaları onun tezliyindən asılı olaraq təyin edilmişdir. Tezlik nə qədər çoxdursa, norma o qədər azdır:
I - aşağı tezlikli səs-küy üçün buraxıla bilən intensivlik səviyyəsi 90-100 DB;
II - orta tezlikli üçün 85-90 DB;
III - yuxarı tezlikli üçün 75-85 DB.
İşçi yerində səs-küy səviyyəsini səs-küy ölçən cihazla ölçür. Səs-küylə mübarizə bir neçə istiqamətdə aparılır:
6.14.2. Titrəyiş
Titrəyiş insanın eşitmə orqanları tərəfindən qəbul olunan, tezliyi 16000-20000 hers olan bərk cisim və hissəciklərin sirkələnməsidir.
Titrəyişin uzun müddətli təsirinin insan orqanizminə mənfi təsiri nədən ibarətdir?
Titrəyişin buraxıla bilən sanitar normalarından artıq olması insanın əsəb və ürək-damar sistemlərinə mənfi təsir göstərir. Titrəyişin zərərli təsiri altında uzun müddətdə işləyən işçilər titrəyiş xəstəliyinə məruz qalırlar, onların əlləri üyüşür. Əllərdə, barmaqlarda ağrılar, eləcə də baş ağrısı, tez yorulma və əsəbilik əmələ gəlir.
Titrəyişli avadanlıqda işləyənlərin yaşı 18-dən az olmamalı, onlar tibbi müayinədən keçməli və təhlükəsizlik iş qaydalarından texniki minimum verməlidirlər.
Titrəyişlə əlaqədar işlərdə ürək-damar, əsəb, vərəm, mədə, qara ciyər, qulaq xəstəlikləri olanların işləməsi qadağan edilir.