Təmir edildikdən sonra blok xüsusi stenddə hidravlik sınaqdan keçirilir. Sınaq 4-5 kiloqram/santimert2 təzyiqdə 5 dəqiqə müddətində aparılır. Təzyiq manometrlə yoxlanılır. Bu müddət ərzində su sızması olmamalıdır.
1.3. Qazpaylama mexanizminə daxil olan hissələrin təmiri
1.3.1. Yumruqlu valların təmiri
Yumruqlu vallar poladdan hazırlanır. Mühərrik normal istismar olunduqda yumruqlu vallarda nasazlıqlar gec yaranır. Yumruqlu vallarda aşağıdakı nasazlıqlar ola bilər:
Yumruqlu valda sınmalar və qəza əyilmələri olduqda çıxdaş edilir. Bununla yanaşı, burulmalar olduqda da çıxdaş hesab olunur. Valın burulmasını təyin etmək üçün metal xətkeşlərdən istifadə olunur. Val düz səth üzərinə qoyularaq yumruqlar arası məsafə ölçülür. Bunun üçün 2 və ya çox metal xətkeşlərdən istifadə olunur. Bu məsafələr normal ölçüdən az və ya çox ola bilər. Bu zaman val burulmuş hesab olunur. Valın əyriliyini yoxlamaq üçün indikatorlu mikrometrli reysmusdan istifadə edilir (Şəkil 1.11). Yoxlamaq üçün val hər iki ucdan xüsusi tərtibat üzərində oturdulur.
Şəkil 1.11. Yumuruqlu valın yoxlanması