Ortadan indikatorlu, mikrometrli reysmus bağlanır. Val əl ilə fırladılaraq indikatorun göstəricisinə görə əyriliyi təyin olunur. Əgər əyrilik 0,1 millimetrdən çox olarsa, pres altında düzəldilir. Valın əyriliyinin düzəldilməsi soyuq halda aparılır. Valların boyunlarının yeyilməsi mikrometrdən (0,01 millimetr) istifadə etməklə təyin olunur (Şəkil 1.11). Yeyilmə ovallıq və konus formalı ola bilər. Təmir etmək üçün xüsusi dairəvi tipli 3B-151 markalı cilalama dəzgahından istifadə olunur. Boyunlar ovallıq və konusluq itənə qədər cilalanır. Cilalandıqdan sonra ovallıq və konusluq 0,01 millimetrdən artıq olmamalıdır.
Valın yumruqları yeyildikdə öz profilini dəyişir. Yeyilmə mikrometr vasitəsi ilə təyin edilir. Cilalama aparılaraq yenidən əvvəlki profili bərpa olunur. Yeyilmə çox olduqda qaynaq etməklə bərpa edilir. Bunun üçün fülsaltı qaynaq aparılır. Qaynaq edilərək yumruqlar əvvəlki hündürlüyünə qaytarılır.
Yeyilmiş və əzilmiş çiv yuvaları yivölçənlə yoxlanılır. Sonra frezlənir. Yenidən lazımi ölçüdə çiv hazırlanır. Yeyilmiş və zədələnmiş yivlər yivaçanla yenidən yiv açmaqla təmir edilir. Yumruqlu val təmir edildikdən sonra üzərinə dişli çarx geydirilir. Sonra onun radiusu və valın oxu istiqamətində vurması yoxlanılır. Yoxlamaq üçün indikatordan istifadə olunur. Təmir edilmiş val öz yuvalarına geydirilərək yerləşmə vəziyyəti yoxlanılır. Val yuvalarında kiçik ara boşluğu ilə kip yerləşdirilməlidir. Ara boşluğunun ölçüsü 0,05-0,20 millimetrə qədər qəbul edilir.
1.3.2. Klapanların təmiri
Klapanlarda aşağıdakı nasazlıqlar ola bilər:
Klapan nimçələrinin haşiyəsi yeyildikdə mühərrikdə sıxma dərəcəsi aşağı düşür. Haşiyənin yeyilməsi bucaqölçəndən istifadə etməklə təyin olunur. Əksər mühərriklərdə bu bucaq 450 - dir. Bu ölçüdən aşağı olduqda klapan təmir edilir. Yeyilmiş haşiyələr cilalanır. Cilalama yeyilmənin izləri itənə qədər davam etdirilir. Cilalanmış klapanın kip oturması üçün öz yuvasında sürtülür. Sürtülmüş səth nimçənin alt hissəsində halqavarı zolaq təşkil etməlidir. Yuvalarda da klapan həmin vəziyyətdə olmalıdır. Klapanların sürtülməsi əl ilə, yaxud xüsusi dəzgahlarda aparıla bilər. Cilalama zamanı nimçənin silindrik hissəsinin qalınlığı gözlənilməlidir. Qalınlıq 0,5 millimetr olana qədər cilalama davam etdirilə bilər. Silindrik səthin ölçülməsi üçün indikatorlu mikrometrli cihazdan istifadə olunur.