Şəkil 1.12. Klapanın yoxlanılması
Klapan çubuğunun əyilməsi xüsusi tərtibatda indikatordan istifadə etməklə yoxlanılır (Şəkil 1.12). Bu tərtibatla nimçə fasqasının döyünməsində yoxlamaq olar. Klapan çubuğu xüsusi tərtibatda prizmanın üstünə qoyulur. Çubuq prizmaya yayılı sıxıcılarla bağlanılaraq kip sıxılır. İndikatorun göstəricisi çubuğun üzərinə perpendikulyar yerləşdirilir. Çubuğa kiçik gərilmə verilir. Klapan dönərkən indikatorun əqrəbi meyl edir. Bu meyl etmə çubuğun əyilməsini göstərir.
Nimçənin fasqasının döyünməsini yoxlamaq üçün əlavə indikator qoyulur. İndikator sıxaca bağlanır. Ölçü çubuğu klapanın fasqası müstəvisinə perpendikulyar qoyulur. İki indikator qoyularaq həm fasqanın döyünməsi, həm də çubuğun əyilməsi yoxlanılır. Klapan təmir edildikdən sonra yoxlanılır. Nimçələrin çatlaması və yanması gözlə müşahidə edilməklə təyin edilir. Nimçələrin yeyilmiş fasqaları cilalandıqdan sonra silindrik qurşağın hündürlüyü yoxlanılır. Bunun üçün mikrometrdən istifadə olunur. Hündürlük 0,5 millimetrdən az olduqda çıxdaş edilir.
1.3.3. İtələyicilərin təmiri
Mühərrikin növündən asılı olaraq itələyicilər nimçəşəkilli və link formalı olur.
Nimçəşəkilli itələyicilərdə aşağıdakı nasazlıqlar ola bilər: