Yivlərin yeyilməsi və zədələnməsi yivölçənlə yoxlanılır. Lazım gələrsə, yeni yiv açmaqla bərpa olunur.
Gövdədə flansın sınması və ya çatlaması yoxlanılır. Sınma və çatın olması gözlə baxılaraq müəyyən olunur. Belə ki çat olduqda su damcıları axır. Flans və gövdə bir yerdə çatlaya və sına bilər. Bu halda epoksit yapışqanı və qaynaq etməklə təmir edilir.
Sonra felansın səthinin düzlüyü yoxlanılır. Yoxlamaq üçün metal xətkeşdən istifadə olunur. Səthin əyriliyi 0,1 millimetrdən çox olmamalıdır. Əyrilik çox olduqda frezlənərək təmir edilir.
Valın yastıq oturan boyunlarının yeyilməsi gözəyarı və kalibrlərdən istifadə etməklə
yoxlanılır. Yeyilmə olduqda titrək qövs qaynağı və poladlamaqla təmir etmək olar.
Nasosun pərləri oturan boynun yeyilməsi də eyni qayda ilə yoxlanılır. Təmir edildikdə də həmin
üsuldan istifadə olunur.
1.4.2. Ventilyatorların təmiri
Ventilyatorda aşağıdakı masazlıqlar ola bilər:
Ventilyatorun pərlərinin əyilməsini gözlə təyin etmək olur. Əyilmiş pərlər çəkiclə döyülərək düzəldilir. Boşalmalar və qopmalar yoxlanılır. Pərçimlər boşaldıqda yenidən pərçimlənir. Yoxlama yenidən aparılır. Nasazlıq olduqda pərlər əyri fırlanır. Pərlərin qabaq tərəflərinin bərabərliyi (müstəviliyi) təmin olunmalıdır. Müstəvilikdən kənarlaşma 1 millimetrdən artıq olmamlıdır.
Qasnaq yuvalarının yeyilməsi və qopması yoxlanılır. Yeyilmə olduqda qasnaq yaxşı fırlanmır və yerində boşuna sürtünmə yaranır. Təmir edildikdə yonulub yeni oymaq preslənir. Bəzi hallarda epoksid yapışqanından istifadə etməklə də təmir olunur. Qopmalar olduqda yenisi ilə əvəz olunur.
Qayış keçən novcuqların yeyilməsi yoxlanılır. Novcuqlar yeyildikdə qayış yerində ləngər vurur. Disbalans və titrəyişlər yaranır. Yeyilmə 1 millimetrdən çox olduqda yonulub düzəldilir.