1.4.3. Radiatorun təmiri
Radiatorda aşağıdakı nasazlıqlar ola bilər:
Təmir edilməmişdən əvvəl radiatorlar təmizləmə işini yerinə yetirən xüsusi maşınlar ilə ərpdən təmizlənir. Sonra isə yoxlama aparılır (Şəkil 1.16). Yoxlama aparmaq üçün radiatorun giriş və çıxışları tıxacla bağlanır. Sonra radiatorun içərisinə 3-4 atmosfer təzyiqi ilə hava vurulur. Maye içərisində deşilmiş və zədələnmiş yerlər təyin olunur. Zədələnmə çox olduqda əzilmiş borulara baxmaqla müəyyən olunur. Əzilmiş və cırılmış boruların sayı 5 faizə qədər olduqda radiator sökülmür. Həmin boruları tutmaqla radiator təmir edilir. Əzilmiş və cırılmış boruların sayı çox olduqda dəyişdirilir. Boruları çıxarmaq üçün borudan 15-20 santimetr uzun 4-4,5 millimetr diametrində sünbə götürülür. Sünbə 800-850 dərəcə selsi qızdırılaraq borunun içərisində aşağı-yuxarı hərəkət etdirilir. Bununla da borunun lehimi əriyir və çıxarılır. Dəyişdirilmiş boru radiatorun alt və üst oturacağına lehimlənərək birləşdirilir. Boruların birləşdiyi yerdən su sızması olarsa, yenidən lehimləməklə aradan qaldırılır.
1.4.4. Termostatın təmiri
Termostatda aşağıdakı nasazlıqlar ola bilər:
Yayın qalıq elastikliyinin itirməsi yoxlanılır (Şəkil 1.17). Yoxlama aparmaq üçün xüsusi qabda lazımi istiliyə qədər su qızdırılır. Suyun istiliyi termometrlə yoxlanılır. Tələb olunan temperaturda yay yığılmırsa, qalıq elastikliyini itirmiş olur. Bu zaman yay dəyişdirilərək yenisi ilə əvəz olunur.
Ara qatı sıradan çıxdıqda yenisi ilə əvəz olunur.