Klapanın yeyilməsi xüsusi tərtibatla təzyiq altında yoxlanılır. Yeyilmə olduqda çıxdaş edilir. Yeyilmiş klapan yuvaları təzyiqə görə yoxlanılır. Yeyilmiş yuvalar frezlənir, sonra sürtülərək təmir edilir. Yivlərin yeyilməsi və zədələnməsi yivölçənlə yoxlanılır. Yeyilmiş və zədələnmiş yivlərdə yenidən böyük ölçüdə yiv kəsilir. Yaxud oymaq salıb normal ölçüdə yiv kəsməklə təmir edilir. Elastikliyini itirmiş və ya sınmış yay yenisi ilə əvəz olunur. Pompadakı porşen yeyildikdə yenisi ilə əvəz olunur.
Hissələr dəyişdirildikdən və təmir edildikdən sonra pompa yığılır. Sonra CDTA-1 stendi üzərində məhsuldarlığa və yaratdığı təzyiqə görə sınaq edilir.
1.6.4. Forsunkaların təmiri (Şəkil 1.19)
Forsunkalarda aşağıdakı nasazlıqlar ola bilər:
Püskürdücü iynənin yeyilməsi püskürmə təzyiqinə görə yoxlanılır. İynə yeyildikdə öz yuvasında sürtülməklə təmir edilir. Sürtmək üçün xüsusi pastalardan istifadə olunur.
İynə oturan yuvanın yeyilməsi təzyiqin düşməsinə görə yoxlanılır. Yeyilmə olduqda val üzərində həmin pastalardan istifadə edilərək sürtülür.
1.7. Elektrik avadanlıqlarının təmiri
1.7.1. Generatorların təmiri
Təmir ediləcək generator əvvəlcə sökülür. Bəzi hissələri benzinlə isladılmış əski ilə təmiz silinir. Sonra onların yararlılığı yoxlanılır. Generatorlarda aşağıdakı nasazlıqlar ola bilər:
Qütb başmaqlarının cızılması və yeyilməsi yoxlanılır. Yoxlama cərəyan vermə qabiliyyətinin aşağı düşməsinə görə aparılır. Yeyilmə, cızılma və paslanma olduqda sürtməklə təmizlənir. Sürtkü materialı kimi sumbata kağızından istifadə olunur. Yivli deşiklər zədələndikdə yivölçənlə yoxlanılır. Lazım gəldikdə dərinləşdirilib yeni ölçüdə yiv kəsilir.