Sarğılarda qısa qapanma olduqda yoxlanılır. Yoxlama akkumulyatorla əlaqələndirilmiş lampa ilə aparılır. Kollektorda olan kiçik lövhələr arasında qısa qapanma yoxlanılır. Bunun üçün sarğıların ucları kiçik lövhələrdən açılır. Yoxlanılacaq yaxın kiçik lövhələr sabit cərəyan dövrəsinə qoşulur. Bu zaman dövrənin göstərici lampası yanarsa, yanaşı lövhələr arasında qısa qapanma var.
Qapaqdakı kürəcikli yastıqların yeyilməsi yoxlanılır. Yoxlamaq üçün daxili ölçən indikatorlardan istifadə olunur. Yeyilmiş oymaqlar və yastıqlar yenisi ilə əvəz olunur.
Kömür fırçalarının yeyilməsi elektrik sistemində titrəyişlərin və göstəricidə meyl etmələrin olmasına görə müəyyən olunur. Fırça tutucuların pərçimləri boşaldıqda çəkilib bərkidilir. Lazım gəldikdə isə yenisi ilə əvəz edilir. Yeyilmə bərkidilmə hündürlüyünə qədər olduqda yenisi ilə əvəz olunur.
Fırçanı sıxan yayların elastikliyinin zəifləməsi yoxlanılır. Yoxlama üçün əl dinamometrindən istifadə olunur. Dinamometr yaya keçirilir. Sonra göstəriciyə əsasən elastiklik müəyyən olunur. Elastikliyini itirmiş və sınmış yaylar yenisi ilə əvəz olunur.
Kollektorun yeyilməsi yoxlanılır. Yoxlamaq üçün indikatorlu reysmusdan istifadə olunur. Kollektorun yeyilmiş işlək səthi xüsusi dəzgahda təmir edilir. Əvvəl yonulub silindrik formaya salınır, sonra sumbata kağızı ilə sürtülür.
Valın boyunlarının yeyilməsi mikrometrlə yoxlanılır. Valın boyunları yeyilmiş olduqda çıxdaş edilir. İzolyasiyanın zədələnməsi xüsusi indiuksion aparatla təyin olunur. Zədələnmə olduqda yenisi ilə əvəz olunur.
1.7.2. Nizamlayıcı relenin təmiri
Nizamlayıcı relelər, əsasən, üç cihazdan ibarət olur:
Əks cərəyan relesində aşağıdakı nasazlıqlar ola bilər:
Şunt sarğısı qırıldıqda rele işə düşmür. Əsas sarğısı qırıldıqda akkumulyatorun cərəyanla doldurulma prosesi dayanır. Gücləndiricinin sarğısı qırıldıqda lövbərdə titrəmə yaranır.
Cərəyan məhdudlaşdırıcıda aşağıdakı nasazlıqlar ola bilər:
Sarğı qırıldıqda akkumulyatora cərəyan getmir. Gərginlik nizamlayıcısında aşağıdakı nöqsanlar ola bilər:
Hər iki nasazlıq zamanı lövbər titrəyir. Kontaktlar arasında kəsilmədən qığılcım yaranır.