Diqqət! Starterlərin təmiri generatorlarda olduğu kimi aparılır (Şəkil 1.20).
Şəkil 1.20. Starterlərin yoxlanılması
1.8. Torpaq becərən maşınların təmiri
1.8.1. Kotanların təmiri
Kotanlar daima müxtəlif müqavimətə malik torpaqlarda işlədikləri üçün onlarda müxtəlif nasazlıqlar yaranır:
Kotanın çərçivəsində burulma, əyilmə və çatın olması gözlə baxılmaqla müəyyən olunur. Çərçivədə əyilmiş və burulmuş tirlər soyuq halda və qızdırılaraq düzəldilə bilər. Bunun üçün pres, domkrat və xüsusi qurğulardan istifadə olunur. Çərçivəni təşkil edən qol və dayaqlar bağlanan deşiklər yeyilə bilər. Bu zaman onu qaynaq etməklə təmir edirlər. Sonra isə normal ölçüyə salınır. Dayaqlarda və qollarda çat yarandıqda onu qaynaq etməklə bərpa edirlər. Şum aparan zaman gavahın torpaqda olan ağac kökünə, daşlara ilişərək sına və ya əyilə bilər. Gavahın sındıqda yenisi ilə əvəz olunur. Əyilmə olduqda isə çəkiclə döyülərək düzəldilir.