1.9.1. Mexaniki nəzarət-ölçü cihazları
1.9.1.1. Mikrometr
Ən çox dəqiqlik tələb edən səthlər xaricdən ölçülmək üçün istifadə olunur. Dəqiqlik dərəcəsi 0,01 millimetrə qədərdir.
Ölçmə aparıldıqda hissə mikrometrik vint ilə dəstəyə bərkidilmiş daban arasında sıxılır (Şəkil 1.23). Sıxılma xəbərdaredici 2-3 dəfə səs verənə qədər davam etdirilir. Vintin və dabanın hissəyə toxunan səthi yüksək dəqiqliklə hazırlanır. Ölçünü yerinə yetirən zaman mikrometrik vintin hərəkəti sıxıcı halqa ilə məhdudlaşdırılır. Mikrometrik vint arxa tərəfdən baraban və xəbərdaredici ilə əlaqəlidir. Baraban əl ilə fırladıldıqda mikrometrik vintdə fırlanır. Eyni zamanda barabanın və vintin bir tam dövrü 0,5 millimetrə bərabərdir.
Şəkil 1.23. Mikrometrlə hissənin ölçülməsi
Dövrlərin sayı millimetrlə göstərilir. Buna görə gilizin üst səthi hər 0,5 millimetrdən bir miqyasla bölgülərə ayrılmışdır. Dəqiq ölçünü müəyyən etmək üçün baraban konsvarı ucu tərəfindən 50 bərabər yerə bölünmüşdür. Barabanın bir tam dövrü 0,5 millimetrdir. Onun üzərindəki hər bir bölgünü tapsaq, 0,5 : 50 = 0,01 millimetr olacaqdır.
Hissəni ölçən zaman onun ədədi qiyməti hesablanır. Hesablama zamanı gilizlərin üzərindəki göstərici (0,5 millimetrlərin cəmi) müəyyən olunur. Həmin anda giliz üzərindəki miqyas xətti baraban üzərində ölçü xətti ilə (0,01 millimetrlərin cəmi) görüşür. Gilizin üzərindəki göstərici ilə baraban üzərində uyğun göstərici toplanaraq hissənin ölçüsü təyin olunur.
Daha aydın olaraq şəkildəki görüntü ilə hesablamanı müəyyən edək.