Kompleks kalibrlər - Bir neçə sayda ölçüləri yoxlamaq üçün ölçü nümunələrindən ibarətdir.
Diferensial (sadə) kalibrler ölçünün yoxlanması üçün istifadə olunur.
Kalibrlər istifadə olunmasına görə işçi və nəzarətedici olur.
İşçi kalibrlər - Hissələrin hazırlanma prosesində istifadə olunur.
Nəzarət-ölçü kalibrləri - mühərriklərin istismarı zamanı yaranan nasazlıqlar nəticəsində hissənin ölçülərini təyin etmək üçün istifadə olunur.
1.9.1.8. Ştangenreysmus
Ştangenreysmusdan, əsasən, hissələrin üzərindəki hündürlüyü və çökəkliyi ölçmək üçün istifadə edilir (Şəkil 1.34). İki nöqtə arasındakı hündürlük fərqini ölçmək üçün də ştangenreysmusdan istifadə olunur. Ştangenreysmus əsas və onun üzərində yerləşən xətkeşdən ibarətdir. Xətkeşin üzərində hərəkət edən çərçivə və boyunduruq yerləşdirilmişdir. Ölçmə aparılan zaman onun tutucularına xüsusi ucluqlar geydirilir. Bu ölçmə işinin xarakterlərindən aslı olur. Geydirilmiş ucluqlar tutucuya vint ilə bərkidilir.
Ştangenreysmusun ölçmə iş prinsipi ştangenpərgarda olduğu kimidir. Ölçmə zamanı 0500 millimetrə qədər olan ölçülər yoxlanılır. Alətin ölçü dəqiqliyi 0,02 millimetrdir. Ştangenreysmusla ölçmə aparılan zaman hər hansı bir düz səthə yerləşdirilir. Ölçü ucluğu hissəyə yaxınlaşdırılaraq ölçmə aparılır. Ölmə nəticəsində alınmış qiymətin hesablanması ştangenpərgarda olduğu kimi aparılır. Hissənin və səthin formasından asılı olaraq ölçməni aparmaq üçün ştangenreysmusla birgə müxtəlif ölçü ucluqları nəzərdə tutulur.