Nəzəri biliklərin qiymətləndirilməsi
Test 1
Sual 1. Porşen ətəyinin yeyilməsi hansı ölçü cihazından istifadə edilməklə yoxlanılır?
A) Mikrometrlə;
B) Şupla;
C) İndikatorla;
D) Kalibrlərlə;
E) Yivölçənlərlə
Sual 2. Porşen üzükləri yeyildikdə necə təmir olunur?
A) Hüdud ölçüsünə qədər yonmaqla;
B) Cilalayıb sonra xromlamaqla;
C) Qaynaq etməklə;
D) Yonub yenidən cilalamaqla;
E) Yenisi ilə əvəz olunur
Sual 3. Sürgüqolunun yuvaları yonularkən onun divarının qalınlığı nə üçün müəyyən həddən az olmamalıdır?
A) Yüngül ola bilər;
B) Hərəkəti çətinləşər;
C) Zərbələrdən sına bilər;
D) Yağlanması çətinləşər;
E) Birləşmə zamanı kipliyi pozular
Sual 4. Gilizlərin yeyilməsi nə üçün ən çox porşenin aşağı və yuxarı ölü nöqtələrinə uyğun sahələri əhatə edir?
A) | Gilizlərin daxilində aşağı və yuxarı ölü nöqtələri əhatə edən sahədə səthin yaxşı hazırlanmaması; |
B) | Porşenin gilizin daxilində hərəkəti zamanı aşağı və yuxarı ölü nöqtələrində yağlanmanın zəif olmasından; |
C) | Porşenin gilizin daxilində hərəkəti zamanı aşağı və yuxarı ölü nöqtələri əhatə edən sahənin daha çox qızmasından; |
D) | Porşenin gilizə zərbələri ən çox aşağı və yuxarı ölü nöqtələrində olur; |
E) | Porşenin gilizlərin daxilində hərəkəti zamanı yağ və təzyiq üzüklərinin yeyilmiş olması. |