-
Doğramaqla işlənmə;
-
Partlayışla işlənmə;
-
Təzyiqlə işlənmə;
-
Zenkerləmə;
-
Son işlənmə;
-
Metalın istiliklə işlənməsi;
-
Tokar dəzgahında işlənmə;
-
Mühafizə;
-
Metalın əyilməsi;
-
Qaynaq;
-
Kimyəvi işlənmə;
-
Şayberləmə;
- Rayberləmə (deşiklərin rayber aləti ilə sürtünmə effekti ilə mexaniki emalı);
- Yerləşdirmə.
Maşınqayırmada metalların emalı zamanı istifadə olunan texnologiyalar aşağıdakı
göstəricilərinə görə iqtisadi cəhətdən qiymətləndirilir:
-
Əmək sərfinə (əmək tutumluluğuna);
- Məhsuldarlığına (istehsal olunan məhsulun həcminə);
- Material tutumuna (istifadə olunan materialların həcminə);
- Enerji sərfinə (ümumi sərf olunan enerjiyə);
- Məhsulun keyfiyyətinə.
Bu göstəricilərə əsaslanaraq son vaxtlar yeni texnologiyalar tətbiq olunur. Qərbi Avropa və
Yaponiyada aşağıdakı göstəriciləri təmin edə biləcək yeni texnologiyalardan istifadə edilir.
-
İstehsal zamanı texnoloji prosesin yerinə yetirilməsində təhlükəsizliyin təmin olunması;
-
Yeni tip avtomobillər istehsal olunur. Həmin maşınlarda istifadə olunan bəzi hissələr
xüsusi parlaqlığa malik olur. Bu maşınlarda istifadə olunandaxili yanma mühərrikləri
böyük dəyərə malikdir. İstifadə olunan bu mühərriklər yüksək ekoloji təhlükəsizliyə
malik olur;
-
Layihələrin tətbiqi nəticəsində qısa müddətdə yeni formada məhsul istehsalı.
Müasir dövrdə metalların kəsmə ilə emalında müxtəlif üsullardan istifadə olunur. Müxtəlif
formada yerinə yetirilən bu üsulları iki böyük qrupda cəmləşdirmək olar.