Ülgü üzrə nişanlama ən sadə üsuldur. Çoxlu miqdarda eyni detalları nişanlamaq lazım gəldikdə bu üsuldan istifadə edilir. Ülgülərdən istifadə nişanlamanı sürətləndirməyə və keyfiyyəti yaxşılaşdırmağa imkan verir. Ülgü üzrə nişanlamada ülgünü detalın (pəstahın) üzərinə qoyaraq forması və ölçüləri çertyojda olduğu kimi çızılır.
Nümunəyə görə nişanlama ülgü üzrə nişanlamadan onunla fərqlənir ki, bu zaman ülgü hazırlamaq lazım gəlmir. Bu halda ülgünü nümunə əvəz edir. Nişanlamanın bu üsulu təmir işləri aparılarkən yerinə yetirilir. Bu zaman yeyilmiş və ya sınmış detalın ölçüləri bilavasitə pəstahın üzərinə köçürülür.
Yerinə görə nişanlama üsulu birləşmələrin xarakterinə görə detalları yerində yığmaq lazım gəldikdə tətbiq olunur. Bunun üçün bir detal o biri detalın üzərinə qoyulur və ülgü üzrə nişanlamada olduğu kimi nişanlanır.
Nişanlama alət və tərtibatlarını aşağıdakı əsas qruplara bölmək olar (Şəkil 2.4):
2.1.1.2. Metalların əl mişarı ilə kəsilməsi
Əl mişarı çeşidli və profilli metalı, habelə başqa materialları əl ilə kəsmək üçündür (Şəkil 2.5). Mişarın tiyəsini karbonlu və ya legirlənmiş poladdan hazırlayırlar. Tiyəsinin eni 13-16 mm, qalınlığı 0,50,8 mm, və uzunluğu 250-300 mm-ə qədər olan mişar tiyəsindən daha çox istifadə edilir. Mişar tiyəsini elə tarımlayırlar ki, əyilməsin və titrəməsin. Mişar tiyəsinin dişləri irəliyə doğru yönəldilmiş və hər iki tərəfə elə qatlanmış olmalıdır ki, dişlərin yarığının eni tiyənin qalınlığından 0,25-0,5 mm irəli alınsın (Şəkil 2.6).