Əl mişarı ilə kəsmə əməliyyatı iki gedişlə aparılır:
a) İş gedişi
b) Boşuna gediş
İş gedişi mişarın irəli hərəkət etdirilməsidir (Şəkil 2.7), boşuna gediş isə mişarın geri çəkilməsidir. İrəli gedişdə metal kəsilir, geri gedişdə isə kəsilmir. Kəsməni qurtarana yaxın mişara təsiri zəiflətmək lazımdır.
İş prosesində mişarı yırğalamaq olmaz, mişar tiyəsi üfüqi istiqamətdə dəqiqədə 30-62 gedişlə, sıçrayışa yol vermədən, rəvan hərəkət etdirilməlidir.
2.1.2. Cilalama
Cilalama ilə metal və qeyri-metallar (alüminium, bürünc, mis, titan və s.) mexaniki emal edilir. Bu zaman istifadə olunan alətlərin kəsici ucları abraziv material dənələrindən hazırlanmış olur. Abraziv sözünün mənası yeyilmə deməkdir. Metal və qeyri-metalları cilalamaqda əsas məqsəd onların səthində maksimum hamarlıq, dəqiqlik yaratmaqdır. Cilalama üçün istifadə olunan alətdə abraziv dənələr kəsmə işini yerinə yetirir. Abraziv dənələrin iti ucları emal edilən pəstahın (hissənin) səthindən metal qatı kəsir. Kəsici abraziv dənələr bir-biri ilə əlaqələndirici maddələrlə birləşdirilir. Abraziv materiallardan müxtəlif formada istifadə olunur. Bunlar aşağıdakı formalardır:
Cilalama zamanı pəstahda (hissədə) olan artıq nazik metal təbəqə kəsilir (Şəkil 2.8). Bununla da pəstah (hissə) normal ölçü və formaya gətirilir. Bundan başqa, kəsici alətlərin itilənməsində də cilalama alətlərindən istifadə olunur.