2.1.2.1. Cilalama (kəsmə) üçün istifadə olunan abraziv materiallar (Şəkil 2.9)
İstifadə olunan abraziv materiallar iki qrupa bölünür:
Təbii abraziv materiallara aşağıdakılar daxildir:
Bu növ təbii abraziv materiallardan geniş istifadə olunmur. Süni abraziv materiallara aşağıdakılar daxildir:
Süni abraziv materialların alınması ucuz başa gəlir. Bununla yanaşı, yüksək keyfiyyətli olur.
Elektrokorund - süni şəkildə alınan korunddur. Alüminium-oksidin kristal formasıdır. Tərkibindəki alüminium-oksidin miqdarından asılı olaraq elektrokorund aşağıdakı dörd növə ayrılır:
➢ | Normal elektrokorund - dairəvi şəkilli, cilalama materialının hazırlanmasında istifadə olunur. Bu növ elektrokorundan hazırlanan dairəvi şəkilli abraziv material emal prosesində geniş tətbiq olunur. Əsasən, poladdan olan tökmə, yayma ilə hazırlanmış və çuqundan olan hissələrin cilalanmasında istifadə olunur. 13 A markasında buraxılır. Üzvi maddələrlə əlaqələndirilir. 14 A markalı elektrokorund üzvi və keramik maddələrlə əlaqələndirilir. 15 A markalı elektrokorund eyni şəkildə əlaqələndirilərək təmizlik sinfinə aiddir. |