2.1.2.2. Abraziv alətlərin hazırlanmasında istifadə olunan əlaqələndiricilər
Abraziv toz və dənələr əlaqələndirici ilə qarışdırılır. Sonra qarışdırılmış kütlə bərkidilərək istənilən formada abraziv alət hazırlanır. Hazırlanmış abraziv alətdə əlaqələndirici dənələr arasında möhkəm əlaqə yaradır. İstifadə olunan bu əlaqələndiricilər üzvi və qeyri-üzvi olmaqla iki qrupa bölünür. Üzvi əlaqələndircilərə Bakelit (B) və Vulkanik (V) daxildir. Qeyri-üzvi əlaqələndircilərə Keramik (K), slikat (S) və maqnezal (M) və s. kimi maddələr daxildir. Keramik əlaqələndiricilərlə hazırlanan abraziv dairələr yüksək temperatur və soyumaya davamlıdır. Buna görə də cilalama zamanı qızdırılıb soyudulmada onların xassələri dəyişmir. Bu növ əlaqələndiricilərdən istifadə etməklə seqment və bülöv formalı abraziv alətlər hazırlanır. Keramik əlaqələndiricilərin tərkibinə odadavamlı gil, kvars, korund tozu və s. kimi maddələr daxildir. Aşağıdakı markalarda buraxılır:
Silikat əlaqələndiricilər - maye şüşədən ibarət olub möhkəmliyi azdır. Əsasən, temperatur dəyişkənliyinə həssas olan pəstahın (hissənin) səthinin emalında istifadə olunur (Şəkil 2.19).
Maqnezid əlaqələndircilər - bu əlaqələndiricilərlə hazırlanmış abraziv alət nəmliyə davamsız olur. Nəmliyin təsirindən onlar tez dağılır. Buna görə pəstahın (hissənin) soyudulmadan cilalanmasında istifadə olunur.
Üzvi əlaqələndiricilər - bakelit əlaqələndiricilər əsasən, B (Б), B1 (Б1), B2 (Б2), B3 (Б3), B4 (Б4), BP2 (БП2), BY (БY) markalarda olur. Bu əlaqələndirici əsasında hazırlanan abraziv alətlər yüksək möhkəmlik və elastikliyə malik olur. Bu alətlərdə cilalama sürəti 60-100 metr bölünsün saniyədə (m/s-də) olur. Xırda dənəli dairələrin, yivli deşiklərin, dairəvi almaz və elbor və s. cilalayıcı alətlərin hazırlanmasında istifadə olunur. Müxtəlif əlaqələndiricilərdən istifadə olunaraq hazırlanan abraziv dairələrlə materialların xarakterindən asılı olaraq cilalama işi aparılır (Şəkil 2.20).